İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallström Azərbaycana işgüzar səfər edəcək. XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 9-10 fevral tarixində xanım Marqot Vallström ölkəmizə işgüzar səfər edəcək.
Səfər çərçivəsində Marqot Vallströmün 10 fevral tarixində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.Bildirək ki, görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək istəyən KİV nümayəndələrinin 10 fevral tarixində saat 11:15-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gələ bilərlər.
Qeyd edək ki, mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.