ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “Xocalı anım qrupu”nun nümayəndələri ilə görüşüb. APA-nın səfirliyin “Twitter” səhifəsinə istinadən verdiyi məlumata görə, görüşdə onların faciə haqqında fikirləri öyrənilib.
Səfir bildirib ki, keçmişdə baş vermiş faciələr yad olunmalı, onların təkrar baş verməsinin qarşısını almaq üçün barışıq səyləri artırılmalıdır: “Bütün tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində addımlar atmasına ehtiyac var”.