İsveçin xarici işlər naziri Margot Vallström Azərbaycana səfər edəcək.
Qaziler.az AzərTAC-a istinadən xəbər verir ki, o, Azərbaycanla yanaşı, Cənubi Qafqazın digər ölkələrinə də gedəcək. Bu barədə məlumat İsveç Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.Bu, 2014-cü ilin oktyabrından İsveç xarici siyasət idarəsinin rəhbəri vəzifəsində çalışan Margot Vallströmun Azərbaycana ilk səfəri olacaq.