ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı daha bir il müddətinə uzadılıb. Bu barədə APA-ya ATƏT-in mətbuat xidmətindən məlumat verilib. Müvafiq qərar ATƏT Daimi Şurasının iclasında açıqlanıb.
Polşalı diplomat 19-cu dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub. A. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından daşıyır.Anjey Kaspşikin mandatı 19-cu dəfə uzadıldı

