Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni səfiri təyin olunub. APA-nın Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Birləşmiş Krallığın yeni səfiri, xanım Karol Krofts olacaq.
O, bu vəzifədə İrfan Siddiqi əvəz edəcək. K. Kroftsun 2016-cı ilin mayında səlahiyyətlərinin icrasına başlayacağı deyilir.Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri açıqlandı

