XİN: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır

XİN: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır backend

Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib ki, Azərbaycan bütün fəaliyyəti ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olmayan Minsk qrupunun fəaliyyətindən narazıdır.

E.Məmmədyarov əlavə edib ki, rəsmi Bakı ATƏT-in Minsk qrupu həmsədrlərinin AŞ PA-nın qış sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət üzrə məruzəyə baxılması ilə bağlı bəyanatını digər ölkələrə təzyiq kimi qiymətləndirir.

Nazir qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) öz narazılığını həmsədr ölkələrin xarici siyasət idarələrinə çatdırıb: "Mən Rusiya, Fransa və ABŞ xarici işlər nazirlərinə məktub ünvanlamışam və Bakının mövqeyini onların diqqətinə çatdırmışam. Azərbaycanın istənilən məsələni beynəlxalq arenada qaldırmaq kimi suveren hüququ var və heç kimin ölkənin suveren işlərinə qarışmaq haqqı yoxdur".
Diaspora