Prezident İlham Əliyev Yunanıstanın XİN rəhbərini qəbul edib

Prezident İlham Əliyev Yunanıstanın XİN rəhbərini qəbul edib backend

Azərbaycan prezidenti İlham Əliyev Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, prezident İlham Əliyev Yunanıstanın XİN rəhbəri Nikos Kotziasın Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib. Azərbaycan ilə Yunanıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı səfər zamanı əməkdaşlığımızın bir çox sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirə ediləcəyini bildirib. Yunanıstanın iki prezidentinin Azərbaycana rəsmi səfərə gəldiklərini, özünün isə iki dəfə Yunanıstanda rəsmi səfərdə olduğunu xatırlayan prezident İlham Əliyev bunu əlaqələrin yaxşı göstəricisi kimi qiymətləndirib. Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Yunanıstan XİN rəhbəri ölkələrimizin qədim tarixə və özünəməxsus mədəniyyətə malik olduqlarını qeyd edərək, xalqlarımızın bir çox ümumi dəyərlərə sahib olduğunu və əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün bu potensialdan səmərəli surətdə istifadə etməyin vacibliyini vurğulayıb.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Diaspora