ABŞ-da ilkin nəticələr: Hillari Klnton və Ted Kruz

ABŞ-da ilkin nəticələr: Hillari Klnton və Ted Kruz backend

ABŞ-ın Ayova ştatında keçirilən ilkin praymerizlərin nəticələrinə görə, Texas ştatından olan senator Ted Kruz liderlik edir. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, ilkin hesablamalar nəticəsində Ted Kruz öz partiyadaşlarından 28 faizinin dəstəyini qazanmağa müvəffəq olub.

Buna qədər respublikaçılar arasındakı seçki öncəsi marafonun şəriksiz lideri hesab olunan Donald Tramp 25 faizlik nəticə ilə ikinci yerdə qərarlaşıb. Florida ştatında təşkil olunan praymerizlərin nəticələrinə əsasən Florida ştatından olan senator Mark Rubio isə 21 faiz nəticə ilə ilk üçlüyü tamamlayır.

Təşkil olunan sorğu və praymerizlərin yekun nəticələrinə əsasən, respublikaçılar onları prezident seçkilərində təmsil edəcək namizədin adını iyul ayının ortalarında Klivlenddə keçiriləcək qurultay zamanı açıqlayacaq.



Demokratların namizədi Hillari Klintona isə partiyadaşlarının 50,73 faizi etimad göstərib. Vermont ştatının senatoru Berni Sanders 48,59 faiz səs toplaya bilib.

Bu arada Arkanzas ştatının qubernatoru, respublikaçıların təmsilçisi Mayk Xakabi seçki marafonundan geri çəkilmək qərarı verib. Bu barədə o, özünün "Twitter" hesabında yazıb. Merilend ştatının sabiq qubernator Martin O`Melli də Birləşmiş Ştatlar prezidenti olmaq fikrindən daşınıb. Yaxın ətrafının mətbuata sızdırdığı informasiyaya görə, buna səbəb onun Ayova ştatında respublikaçı və demokrat partiyalarının nümayəndələri ilə görüşündəki uğursuz çıxışı olub. Martin O`Mellinin marafondan geri çəkilməsi isə seçkiyə qatılmaq uğrunda mübarizənin demokratların yalnız iki nümayəndəsi - keçmiş dövlət katibi Hillari Klinton və senator Berni Sanders arasında gedəcəyi anlamına gəlir.
Diaspora