ABŞ-da seçki yarışı başladı: Kapitalizm 22 - Sosializm 21

ABŞ-da seçki yarışı başladı: Kapitalizm 22 - Sosializm 21 backend

Ötən gün ABŞ-da prezidentliyə namizədləri müəyyənləşdirmək üçün Ayova ştatında keçirilən ilk kokusların nəticələri bəlli olub. QAZİLER.AZ Lent.az-a istinadla bildirir ki, demokratların namizədi olmaq üçün mübarizə aparan Hillari Klinton və Berni Sanders demək olar ki, eyni miqdarda (hər ikisi 50 faiz civarında) səs alıb. Klinton çox cüzi səs üstünlüyü səbəbilə partiyanın namizədinin elan olunacağı yekun qurultaya Ayovadan 22 nümayəndə, Sanders isə 21 nümayəndə göndərəcək.

Respublikaçılar daxilində isə bir qədər gözlənilməz nəticə qeydə alınıb. Rəy sorğularında öndə olan Donald Tramp 24% səs alaraq ikinci yeri tutub. Texas senatoru Ted Kruz 28 faizlə qalib gəlib. Florida senatoru Marko Rubio isə gözləniləndən daha çox – 23% səs toplayıb. Kruz yekun qurultaya 8, Tramp və Rubio isə hər biri 7 nümayəndə göndərəcək.

Respublikaçı elita bu 3 namizəd arasında Rubioya daha isti yanaşır. Kruz və Rubio əslən kubalıdır.
Diaspora