“Bizim hər birimiz Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) ikili standartların şahidi olduq".
Qaziler.az-ın məlumatına görə, bunu jurnalistlərə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.Onun sözlərinə görə, bu bir daha göstərdi ki, dünyada beynəlxalq hüquq işləmir: "Beynəlxalq hüquq böyük dövlətlərdə məşğuliyyət, kiçik dövlətlərdə isə məhdudiyyətdir. Böyük dövlətlər beynəlxalq hüquqdan öz məqsədləri üçün istifadə edir. Hər birimiz bunu öz gözlərimizlə görürük".