Avropa ölkələri İranla aviareysləri bərpa edir

Avropa ölkələri İranla aviareysləri bərpa edir backend

Bəzi Avropa aviaşirkətləri təqribən 5 illik fasilədən sonra İrana uçuşları bərpa etməyi planlaşdırır. APA TV-nin Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə İran Mülki Aviasiya İdarəsinin rəis müavini Məhəmməd Xudakərəmi məlumat verib.


O, aviareyslərin bərpası imkanlarının İngiltərəyə məxsus "British Airways" şirkəti ilə müzakirə olunduğunu da sözlərinə əlavə edib.

Məhəmməd Xudakərəmi həmçinin "Air France" və "KLM" şirkətlərinin İrana aviareyslər təşkil etmək istədiklərini bildirib. İran rəsmisi hazırda ölkəsinə məxsus "Iran Air" aviaşirkəti tərəfindən həftədə üç dəfə London, iki dəfə olmaqla isə Paris və Amsterdam istiqamətində reyslər təşkil olunduğunu da sözlərinə əlavə edib.

Qeyd edək ki, bir qədər öncə sanksiyaların ləğv edilməsindən sonra İrana məxsus neftlə dolu ilk tankerin dəniz yolu vasitəsilə Yaponiya və Çinə yola salındığı barədə məlumat yayılmışdı.

Diaspora