İran prezidenti Həsən Ruhani 17 illik fasilədən və ölkə üzərindən sanksiyaların aradan qaldırılmasından sonra ilk dəfə olaraq İtaliyaya etdiyi rəsmi səfər çərçivəsində Roma papası Fransisk ilə görüşüb. APA TV-nin İtaliya saytlarına istinadən məlumatına görə, protokola uyğun olaraq, Apostol sarayının kitabxanasında keçirilən görüş ümumilikdə 40 dəqiqə davam edib.
Vatikandan verilən açıqlamada görüş zamanı Papa Fransisk İran prezidentinə bu səfər üçün təşəkkür edərək, iki ölkə arasındakı münasibətlərin bundan sonrakı inkişafına əminliyini ifadə edib. Qeyd edək ki, hər iki ölkənin liderləri arasında sonuncu görüş 1999-cu ilin martında - İranın o vaxtkı prezidenti Məhəmməd Hatəmi və İoann Pavel arasında keçirilib.