Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, milliyyətcə erməni olan Markar Yesayan qurumun bu gün keçirilən plenar iclasında qəbul edilən “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi adlı” məruzənin və qəbul olunmayan “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı məruzənin lehinə səs verib.
Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə “news.am” saytı məlumat yayıb. M. Yesayan hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkilidir.Qeyd edək ki, AŞPA-nın qış sessiyasının bu gün keçirilən plenar iclasında məruzəçi Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı sənədin lehinə 98, əleyhinə 71 deputat səs verib.