Cənub Qaz Dəhlizi Avropa üçün enerji təhlükəsizliyi layihəsidir.

Cənub Qaz Dəhlizi Avropa üçün enerji təhlükəsizliyi layihəsidir. backend

Cənub Qaz Dəhlizi Avropa üçün enerji təhlükəsizliyi layihəsidir.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

İlham Əliyev deyib ki, keçən il bizim iqtisadi inkişafımız təmin edilib, baxmayaraq ki, əvvəlki illərlə müqayisədə ümumdaxili məhsulun artması o qədər də böyük rəqəmlərlə ölçülmür, cəmi 1.1 faiz artıb, ancaq indiki vəziyyətdə, neftin qiymətinin dörd dəfə düşməsini nəzərə alaraq, hesab edirəm ki, bu müsbət nəticədir: "Ən müsbət nəticə isə ondan ibarətdir ki, qeyri-neft sənayemiz 8.4 faiz artıb. Budur əsas göstərici. Çünki bu onu göstərir ki, ölkəmizdə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verir. Kənd təsərrüfatına da son vaxtlar xüsusi diqqət göstərilir, 6.6 faiz artıb. Budur əsas göstəricilərimiz. Bu onu göstərir ki, hətta böhranlı illərdə də biz inkişaf edirik, edəcəyik və bu il icra ediləcək layihələr imkan verəcək ki, 2016-cı ildə də ölkə iqtisadiyyatı inkişaf etsin, yeni iş yerləri, sənaye müəssisələri yaradılsın və bu dinamikanı nəinki saxlaya, hətta sürətləndirə bilək".

Dövlət başçısı qeyd edib ki, enerji sektorunda 2015-ci il yadda qalan il olub: "Cənub Qaz Dəhlizinin icrası istiqamətində çöx önəmli addımlar atılıb. Bildiyiniz kimi, ilin əvvəlində Cənub Qaz Dəhlizinin Bakıda birinci məşvərət şurası keçirilib, bu dəhlizin icrasında iştirak edən bütün ölkələrin yüksək vəzifəli şəxsləri iştirak edirdilər. Konkret proqram təsdiq edilib, birgə bəyannamə qəbul edilib ki, orada da Azərbaycanın bu dəhlizin reallaşmasında xüsusi və aparıcı rolu qeyd edilib. Cənub Qaz Dəhlizi Avropa üçün enerji təhlükəsizliyi layihəsidir, bizim üçün isə bu dəhlizin reallaşması əlavə siyasi, maliyyə, iqtisadi imkanlar yaradacaq və imkan verəcək ki, bizim zəngin qaz resurslarımız dünya bazarlarına bunda sonra onilliklər ərzində ixrac edilsin. Bu da bizə iqtisadi mənfəət gətirəcək, valyuta axını təmin ediləcək və bizim daimi inkişafımız daha da möhkəm olacaq. Bu il Cənub Qaz Dəhlizinin icrası ilə bağlı əlavə tədbirlər görüləcək. Bildiyiniz kimi bu layihə 4 layihədən ibarətdir – Şahdəniz, Cənub Qafqaz Kəməri, TANAP, TAP. Hər bir layihə üzrə işlər uğurla icra edilir".

Prezident İlham Əliyev bildirib ki, keçən il Azərbaycan dünyaya özünü çox güclü tranzit ölkəsi kimi təqdim edə bilmişdir: "Bildiyiniz kimi nəqliyyat infrastrukturuna qoyulan sərmayə bu imkanları yaradır. Bu gün şərqdən qərbə, şimaldan cənuba gedən yollar Azərbaycandan keçir. Bu da dünya üçün yenilikdir. Bunu biz yaratmışıq. Sərmayələri qoymaqla, gözəl biznes mühitini yaratmaqla biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çeviririk. Keçən il və bu il bu istiqamətdə çox önəmli addımlar atılıb. Artıq nəinki Orta Asiyadan Avropaya, Çindən, hətta Cənubi Koreyadan Avropaya Azərbaycan üzərindən yüklər getməyə başlayıb. Eyni zamanda, tarixdə ilk dəfə biz tarixi İpək Yolunu bərpa edirik. Bununla bərabər, ilk dəfə olaraq Avropadan Asiyaya, Ukraynadan Çinə yüklər Azərbaycan üzərindən getməyə başlayıb. Əvvəlki illərdə Gürcüstan, Rusiya üzərindən gedən, Türkiyədən Orta Asiyaya gedən yüklər indi Azərbaycan üzərindən, Xəzər dənizi üzərindən Asiyaya gedir. Bütün imkanları biz yaratmışıq. Biz əgər bu işlərlə məşğul olmasaydıq, bu gün Azərbaycan tranzit ölkəsi ola bilərdimi? Əgər biz təşəbbüs göstərib 2012-ci ildə Türkiyə ilə birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün Cənub Qaz Dəhlizi haqqında kimsə danışa bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Biz edirik bunları. Nəyə görə? Çünki bu bizim xalqımıza lazımdır, bu bizim dövlətimizi gücləndirir və bizim maraqlarımıza xidmət edir".
Diaspora