“Dağlıq Qarabağ münaqişəsinin uzanması, xüsusilə cəbhə xəttində son günlər baş verən gərginlik bizi olduqca narahat edir”. APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olanATƏT Parlament Assambleyasının sədr müavini Georgi Sereteli deyib.
G. Sereteli qeyd edib ki, buna baxmayaraq ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə nizamlanması ilə məşğuldur: “Bizim Azərbaycanla əməkdaşlığımızda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli başlıca elementlərdən biridir. Budəfəki səfərimiz zamanı müzakirə olunacaq əsas mövzulardan biri məhz bu olacaq”.“Cəbhə xəttində baş verən gərginlik bizi olduqca narahat edir“ - ATƏT

