ABŞ və İran arasında birbaşahava əlaqəsi bərpa edilə bilər. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İranın Mülki Aviasiya İdarəsi bu barədə ABŞ nümayəndələri ilə müzakirələr aparır. Bildirilir ki, İslam inqilabına kimi Tehrandan Nyu-Yorka gündəlik reyslər həyata keçirilib.
Ötən gün İranın nəqliyyat naziri Əsgər Fakriye Kaşan İranın “Boing” şirkətindən 100-dən çox təyyarə almaqda maraqlı olduğunu açıqlayıb.