Türkiyə Suriya üzrə danışıqlardan çıxa bilər

Türkiyə Suriya üzrə danışıqlardan çıxa bilər backend

Suriya kürdlərinin müxalifətin sırasında Cenevrədə Suriyadakı böhran üzrə danışıqlarda təmsil olunacağı təqdirdə, Türkiyə Suriyaya dəstək beynəlxalq qrupunu tərk edə bilər.

Qaziler.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu məlumatı Foreign Policy nəşri BMT-nin yüksək səviyyəli diplomatına istinadən yayıb.

Mənbəyə görə, baş nazir Əhməd Davutoğlunun rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti tənzimləmə prosesindən çıxma ehtimalı ilə bağlı xəbərdarlığı BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Misturaya çatdırıb.

Nəşr onu da qeyd edir ki, Türkiyəyə səfəri zamanı ABŞ vitse-prezidenti Co Bayden Suriya kürdlərinin prosesə cəlb olunacağı təqdirdə belə Ankaranı danışıqlardan çıxmamaq üçün dilə tutacaq.
Diaspora