Prezident İlham Əliyev Davosda TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüb. QAZİLER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə TOTAL şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Həmçinin söhbət zamanı “Abşeron” qaz yatağının işlənilməsi və digər layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.