Fələstin İslami Cihad Hərəkatının nümayəndəsi: “Azərbaycandan dəstək gözləyirik”

Fələstin İslami Cihad Hərəkatının nümayəndəsi: “Azərbaycandan dəstək gözləyirik” backend

“Bəzi ərəb ölkələrinin sükutu nəticəsində İsrailin Fələstində işi daha rahat olub”.

Qaziler.az bildirir ki, bu sözləri Fələstin İslami Cihad Hərəkatının İrandakı nümayəndəsi Nasir Əbuşərif APA-nın İran bürosuna açıqlamasında deyib. O, digər müsəlman ölkələrindən yardım gözlədiklərini söyləyib: “Orta Asiya ölkələrindən, xüsusilə Azərbaycan və Tacikistandan Fələstinə maddi və mənəvi dəstəklərini artırmalarını gözləyirik. Azərbaycan bizə dost və qardaş ölkələrdən hesab olunur. Azərbaycan Respublikası torpaqlarının işğala və terrora məruz qalmasına, çoxlu şəhid verməsinə baxmayaraq, İslam ölkələri arasında iqtisadi inkişaf və güc baxımından çox irəlidədir. Bu inkişaf bizi sevindirir”.

N. Əbuşərif bildirib ki, bu dəstəyi ərəb ölkələrindən də umur: “Hazırda İsrail özünü Fələstində rahat hiss edir və cinayətlərini davam etdirir. Bu, ona görədir ki, İsraili həmişə qorxuya salan İslam dünyasının birliyi zəifləyib. İslam ölkələrinin birliyinin olmaması İsrailə sərf edir. Fələstin xalqının intifadası 100 gündən çoxdur ki, başlayıb və bu müddət ərzində 200-dən artıq fələstinli şəhid olub. Xalqımızın son intifadasının ən önəmli nailiyyəti Qüds Məscidinin İsrail rejimi tərəfindən zaman və məkan baxımından bölünməsinin qarşısının alınması idi. Baxmayaraq ki, bəzi ərəb və İslam ölkələri Fələstinə lazımı dəstəyi vermədilər. Bu mübarizələr Fələstinin mövqeyini əsas mövzu kimi ərəb və İslam ölkələrində yaşadır”.
Diaspora