İran oktyabr ayında ballistik raketin sınağını keçirərkən heç bir beynəlxalq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozmayıb. APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif CNN telekanalına müsahibəsində deyib.
O xatırladıb ki, Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq İran nüvə başlıqlı raketlərin sınağını keçirə bilməz: “Biz də bunu etmirik. Və bir daha təsdiqləyirik ki, heç vaxt nüvə silahını əldə etmək fikrində olmamışıq. Bunun müqabilində ABŞ bizim qonşularımızın silahlandırılmasına milyardlarla pul xərcləyir. Beləliklə, İran da özünümüdafiə məsələlərində özünə məhdudiyyət qoymamalıdır”, deyə M.C.Zərif qeyd edib.