Fələstin lideri Mahmud Abbas bu ilin martında Rusiyaya səfər edə bilər.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ictimaiyyətə Fələstinin Rusiyadakı səfiri Nofəl Əbdül Hafiz məlumat verib.O, Fələstin liderinin il ərzində iki dəfə Rusiyaya səfər etdiyini və bunlardan ilkinin martda ola biləcəyini bildirib.
Səfir Mahmud Abbasın Rusiya Prezidenti Vladimir Putini Fələstinə dəvət etməyi planlaşdırdığını da açıqlayıb.