İsrailin Baş naziri Binyamin Netanyahu İrana qarşı tətbiq olunan sanksiyaların ləğvinə münasibət bildirib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, baş nazir Tehranın nüvə silahına sahib olmaq fikrindən dönmədiyini açıqlayıb.“İran nüvə silahı hazırlamaq fikrindən daşınmayıb. Bu barədə razılıq əldə olunsa da, İran nüvə silahı hazırlamağa davam edəcək. Tehran Yaxın Şərqdə sabitliyi pozur və dünyanın müxtəlif bölgələrində terror hücumları hazırlayır”, - Netanyahu qeyd edib.