“Qarabağ münaqişəsi davam etdikcə Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək”

“Qarabağ münaqişəsi davam etdikcə Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək” backend

Dağlıq Qarabağ münaqişəsi davam etdikcə Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qaziantep Universitetində keçirilən “Səkkizinci beynəlxalq səfirlər” konfransında çıxışında deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunan M.Çavuşoğlu Azərbaycan torpaqlarının 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanıldığını, Türkiyə hökumətinin ATƏT-in Minsk qrupu çərçivəsində qardaş Azərbaycana bu münaqişənin ədalətli həlli üçün hər cür dəstək verdiyini bildirib.

Nazir vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağ məsələsinə özünün problemi kimi yanaşır.

M.Çavuşoğlu Türkiyə-Ermənistan əlaqələrinin normallaşmadığını xatırladaraq, Dağlıq Qarabağ münaqişəsi davam etdikcə bu münasibətlərin düzəlməyəcəyini bildirib.
Diaspora