Avropa İttifaqı İran üzərindən iqtisadi sanksiyaların götürülməsini yanvarın 28-dək təxirə salıb.
Qaziler.az bildirir ki, Avropa İttifaqı İran üzərindən iqtisadi sanksiyaların götürülməsini yanvarın 28-dək təxirə salıb. APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, qərar İranın nüvə proqramına dair sazişin implementasiyasından əvvəl qəbul edilməsi zəruri olan texniki tədbirlər çərçivəsində qəbul olunub.Qeyd edək ki, razılaşmaya əsasən, İran üzərindən bir çox iqtisadi sanksiyaların götürülməsi “altılıq” və İran arasında sazişin əldə olunmasından altı ay keçdikdən sonra nəzərdə tutulub.
Bundan əvvəl, İran üzərindən sanksiyaların götürülməsi yanvarın 15-nə gözlənilirdi.