Azərbaycanlı biznesmenlər Ukraynaya 50 milyon dollar yatıracaq

Azərbaycanlı biznesmenlər Ukraynaya 50 milyon dollar yatıracaq backend

Ukraynanın Sumı vilayətinin dövlət administrasiyasının rəhbərliyi azərbaycanlı investorlarla Romensk rayonunda ümumi dəyəri 22 mln. dollar və illik gücü 220-230 min ton həcmində olan soya emalı zavodunun tikintisi ilə bağlı razılığa gəliblər.


“APA-Economics”in Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə administrasiyanın rəhbəri Nikolay Kloçko bildirib.

Tikintisi planlaşdırılan soya zavodunun emalı üzrə ilkin mərhələdə 200-dən çox yeni iş yerinin açılması gözlənilir.

“Bundan başqa, 2016-cı ildə vilayətin Belopolsk vilayətindəki keçmiş Veliko-Jovtnev şəkər zavodunun bazasında ilk növbədə alternativ yanacaq növləri, xüsusilə də bioetanın istehsalı ilə məşğul olacaq müəssisənin açılışı planlaşdırılıb”, - deyə o bildirib.


N. Kloçko vurğulayıb ki, bu investisiya layihələri barədə əminliklə danışmaq mümkündür: “Çünki, bu layihələrin altında konkret razılıq və fəaliyyət durur”.
Diaspora