Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilən tapşırığın icrasına uyğun olaraq, pensiyaların artırılması ilə bağlı təkliflər hazırlanır.
DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, Fond bu sahədə təkliflərin hazırlanmasında yaxından iştirak edir.
Qarşıya qoyulmuş vəzifələrlə bağlı Fond tərəfindən hazırlanan təkliflər üzrə qəbul olunacaq qərarlar barədə ictimaiyyətə əlavə ətraflı məlumat veriləcək.