Azərbaycan müdafiə naziri Yaponiya səfirini qəbul edib

Azərbaycan müdafiə naziri Yaponiya səfirini qəbul edib backend

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Yaponiya səfiri Tsuquo Takahaşini qəbul edib. APA-nın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Z. Həsənov regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini bildirib.

O, bunun nəticəsində sülh prosesinin yubanması və danışıqların uzanmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini vurğulayıb.
Görüşdə Azərbaycanla Yaponiya arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması barədə fikir mübadiləsi aparılıb.
Diaspora