Azərbaycan Milli Məclisinin 2016-cı ildə ilk iclası fevralın 1-də olacaq. Parlamentdən APA-ya verilən məlumata görə, yaz sessiyasında komitələr yanvarın 11-dən işə başlayacaq.
Komitələrin birgə iclası çərçivəsində ilk plenar iclasın gündəliyi müəyyənləşəcək. Yanvarın 15-i isə Milli Məclisdə yaz sessiyası üçün akkreditasiya olunacaq KİV üçün son müddətdir.