“Rusiya və Türkiyə arasında isti münasibətlər Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan faktoru daxil olmaqla, Ermənistanın maraqlarına təhdid ola bilər”. APA-nın məlumatına görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan “Azadlıq” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, Moskva-Ankara münasibətlərinin hazırkı gərgin fonunda bu təhlükə bir qədər neytrallaşdırılıb: "Bundan başqa Azərbaycanla Ankara arasında qardaşlıq münasibətləri, habelə Su-24 təyyarəsinin vurulmasından sonra Bakının tutduğu mövqe nəzərə alınmaqla, Moskva ilə Bakı arasında silah satışına dair müqavilələri lobbiçilik edən Rusiyadakı dairələr öz mövqelərinə yenindən baxmalıdır”.
Ş. Köçəryanın fikrincə, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinin əks-effekti də ola bilər və regionda hərbi-siyasi vəziyyətin dəyişməsinə gətirib çıxara bilər: “Təəssüf ki, Ermənistan da bu təhlükələrdən kənarda qala bilməz”.