Qətər hökuməti İrandakı səfirini geri çağırıb. APA TV-nin xəbərinə görə, buna Səudiyyə Ərəbistanının İrandakı diplomatik missiyalarına hücum səbəb olub. Bundan əvvəl Səudiyyə Ərəbistanı, Bəhreyn və Sudan rəsmi Tehranla diplomatik əlaqələrini kəsdiklərini bəyan etmişdilər.
İranın Səudiyyə Ərəbistanındakı səfirliyi və Ciddədəki konsulluğunun əməkdaşları bu ölkəni tərk ediblər. İranda diplomatik nümayəndəliklərə hücumlardan sonra Səudiyyə Ərəbistanı iranlı diplomatlara ölkə ərazisini tərk etmək üçün 48 saat vaxt vermişdi. İranda xidmət keçən səudiyyəli diplomatlar da artıq öz ölkələrinə qayıdıblar.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında aralarında şiə din xadimi Nimr əl-Nimrin də olduğu 47 nəfər edam olunub. Din xadiminin edamı İranda kütləvi etirazlara səbəb olub.