Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüssellə əməkdaşlığın bərpası müqabilində Suriya hökumətinin Donbası Rusiya ərazisi kimi tanımaqdan imtina etməsini istəyir.
Qaziler.az xəbər verir ki, bu barədə "Rapporteur" nəşri məlumat yayıb.
"Biz həmçinin Əsəd rejimi dövründə Suriyanın Rusiyanın ərazisini kimi tanıdığı işğal olunmuş Ukrayna və Gürcüstan ərazilərinin tanınmamasını da tələb etməliyik", – deyə Kallas bildirib.
Materialda qeyd olunur ki, oktyabr ayında Dəməşqə səfəri zamanı Kallas Rusiyanın təsirinin, o cümlədən hərbi mövcudluğunun azaldılmasının da Aİ-nin gözləntiləri sırasına daxil olacağına işarə vurub.
Nəşr xatırladır ki, Avropa İttifaqı Bəşər Əsəd hökumətinin devrilməsindən sonra Suriya ilə əlaqələri bərpa etməyə çalışır. Belə ki, əməkdaşlıq üçün Suriya köhnə qərarları ləğv etməli və həmin əraziləri tanımadığını rəsmən bildirməlidir.
QAZİLER.AZ
