Bütün dünyaya, vicdanı olan hər kəsə xitab edirəm; Rusiya günahsız insanlara vəhşicəsinə bomba yağdıran Suriya rejiminin ortağıdır. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu Ankarada qatıldığı tədbirdə deyib.
“Azezdə, Türkman dağında və Bayırbucaqda Suriya rejimi və tərəfdaşlarının bombalarından qaçan qardaşlarımızın əzablarına artıq səssiz qalmamalıyıq. Dünən Egey dənizində 36 nəfərin boğulmasında günahkar bu faciə qarşısında səssiz qalan BMT Təhlükəsizlik Şurası, Suriya məsələsində hər qərarı veto edən Rusiya və beynəlxalq toplumdur”, - deyə Davudoğlu bildirib.Qeyd edək ki, ötən gün Egey dənizi sahillərində miqrantları daşıyan qayıq batıb. Nəticədə 36 nəfər həlak olub.