Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrda Azərbaycana səfər etməyi planlaşdırır.
Qaziler.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə, o, jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Gələn ay Azərbaycana səfərim baş tutacaq. Bakıya yox. Çünki Hikmət Hacıyev (Azərbaycanın Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri-red) Ermənistana səfər etmişdi, indi isə mən getməliyəm”, – deyə Qriqoryan bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində texniki məsələlərin və əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, iyun ayında Ermənistanın Tavuş vilayətində yerləşən Dilican şəhərində Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan ilə Azərbaycanın Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüş keçirilib.

