Türkiyədən Ermənistanla sərhədin açılması ilə bağlı açıqlama

Türkiyədən Ermənistanla sərhədin açılması ilə bağlı açıqlama backend

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib.

Qaziler.az APA-ya istinadla xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələni müzakirə etdiyini deyib.

O bildirib ki, həm dəmir yolu sərhəd-keçid məntəqəsinin, həm də Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün lazımi hazırlıqlar görülüb.

Uraloğlu qeyd edib ki, qarşılıqlı razılıq əldə olunacağı təqdirdə, Azərbaycanın həssaslıqları da nəzərə alınmaqla, prosesin uzun çəkməyəcəyini düşünür.

Nazir sərhəd-keçid məntəqələrinin qısa zamanda açılacağına ümid etdiyini vurğulayıb.