Ərdoğan: "Türkiyə və Azərbaycan bir-birinə qırılmaz tellərlə bağlıdır"

Ərdoğan: "Türkiyə və Azərbaycan bir-birinə qırılmaz tellərlə bağlıdır" backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Qaziler.az xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib.

O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bir çox sahədə meqa layihələrlə daha da möhkəmləndirildiyini qeyd edib.

“Qardaşlığımıza heç kim kölgə sala bilməz”, – Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan, həmçinin iki ölkə arasına məsafə qoymağa çalışanların xalqların bir-birinə olan sevgisini, tarixi bağlarını və sarsılmaz iradəsini nəzərə almadıqlarını bildirib. 

"Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Qələbə Günü şənliklərində iştirak etmək üçün Şuşaya səfərimizi başa vurduq. Bir daha sizin iştirakınızda Azərbaycanlı qardaş və bacılarımızı Qələbə Günü münasibətilə təbrik etmək istəyirəm. Həmçinin əziz Azərbaycanı  Dövlət Bayrağı Günü münasibətilə təbrik edirəm. Yəqin ki xatırlayarsınız, keçən il biz də Qələbə Gününün 5-ci ildönümünü qeyd etmək üçün Bakıda keçirilən paradda iştirak etmişdik. Bu gün Şuşada bir daha Azərbaycanla həmrəyliyimizi nümayiş etdirdik. Birlik və bərabərlik mesajlarımızı ən güclü şəkildə çatdırdıq. Xocalı qırğınının şəhidlərini rəhmətlə yad etdik və Xankəndini ziyarət etdik, qəhrəmanlarımızın ruhunu inşallah ki şad elədik", - Türkiyə Prezidenti jurnalistlərə bildirib.

QAZİLER.AZ