İran üzərindən sanksiyalar yanvarda qaldırıla bilər

İran üzərindən sanksiyalar yanvarda qaldırıla bilər backend

Almaniya İrana qarşı sanksiyaların tezliklə aradan qaldırılmasını istisna etmir. APA-nın “Deutsche Welle”-yə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya XİN-in nümayəndəsi bildirib.


“Rəsmi Tehran nüvə razılaşmaları çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirsə, beynəlxalq sanksiyalar artıq yanvarda aradan qaldırıla bilər. Artıq bu tarix yaxınlaşmaqdadır”, deyə Almaniya XİN nümayəndəsi vurğulayıb.

Bununla belə, Almaniyanın Sənaye Ticarət Palataları İttifaqının (DIHK) rəhbəri Folker Traer bildirib ki, İranla Səudiyyə Ərəbistanı arasında baş verən son qalmaqal rəsmi Tehrana qarşı sanksiyaların aradan qaldırılması prosesinə əngəl törədə bilər.
Diaspora