Ağ Ev Türkiyə rəsmilərinin telefon danışığının dinlənilməsi barədə yayılan xəbərləri təkzib edib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Pris rəsmi Ankaranın iddialarını əsassız adlandırıb.“2014-ci ilin əvvəlindən başlayaraq ABŞ Prezidenti Barak Obama məcburi milli təhlükəsizlik məqsədləri istisna olmaqla, müttəfiq ölkələrin dövlət və hökumət başçılarının ünsiyyət proseslərinin təqib edilməyəcəyini açıq şəkildə dilə gətirib. Bu səbəbdən Obama milli təhlükəsizlik qruplarına və kəşfiyyat vahidlərinə xüsusi tapşırıq verib. Yaxın olduğumuz ölkələrin dövlət və hökumət başçıları narahat olmamalıdır”, - Ağ Ev rəsmisi qeyd edib.