Türkiyə ilə Azərbaycan arasında problem nədir?

Türkiyə ilə Azərbaycan arasında problem nədir? backend

Son zaman Türkiyə ilə Azərbaycan arasında soyuq münasibət açıq-aşkar hiss olunmaqdadır. İki qardaş ölkənin münasibətindəki bu "uzaqlaşma"nın səbəbi nədir?

Qaziler.az bildirir ki, bununla bağlı tanınmış jurnalist Rey Kərimoğlu özünün feysbuk səhifəsində fikirlərini bölüşüb.

"Türkiyə ilə Azərbaycan arasında problem nədir?

Qısa şərh:

Sülh sazişi olmadan, Zəngəzur dəhlizi açılmadan Türkiyə, deyəsən, gizlicə, yəni Azərbaycanın xəbəri olmadan Ermənistanla sərhədi açmaq istəyir. (Azərbaycanla Ermənistan arasında ticari əlaqəni, sərhəd açılması ilə qarışdırmayaq). Çox güman ki, bizim tərəf də diplomatik yolla qardaş ölkəyə narazılığını bildirib. Düşünürəm, həm də haqlı narazılıqdır. Qısası, bu davranış son 6 ildə birgə gəldiyimiz yola ziddir. Türkiyə hakimiyyəti isə bizim narahatçılığımızı, narazılığımızı nəzərə almayıb, hətta deyərdim, saymazlıq edib. Ardınca isə Türkiyə Azərbaycana qarşı yavaş-yavaş trolları işə saldı. Biz susduq. Trollara dərhal türk düşmənləri, iki qardaş ölkənin arasını vurmaq istəyənlər qoşuldu. Ardınca BMT dəki olay - İsrailin baş naziri çıxış edərkən bizim bir diplomat zalı tərk etmədi. Bizə qarşı basqılar artdı, ağır ittihamlar başladı. Nazirlər Kabineti orta məktəblərdə hicab qadağası lap son oldu. Aləm dəydi bir-birinə. 

Bunları yazmaqda məqsədim odur ki, bu məsələnin kökü BMT-dəki olay, hicab deyil. Sırf Türkiyənin Ermənistanla sərhədi açmaq üçün Azərbaycandan gizli danışıqlara başlamasıdır", - Rey Kərimoğlu yazıb.

QAZİLER.AZ