Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib backend

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

 

APA xəbər verir ki, səfir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

 

“Bu gün Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir. Azərbaycan xalqını ürəkdən təbrik edir, ölkələrimiz arasında tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram!”, – paylaşımda qeyd olunub.