ABŞ iyunun ortalarında əldə olunmuş atəşkəs razılaşmasını pozub və vəziyyəti düzəltməlidir, bu məsələdə güzəştə getməli olan tərəf İran deyil.
Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə İslam Respublikasının xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.
"Güzəşt nümayiş etdirməli olan tərəf İran deyil; İslamabad memorandumunu biz pozmamışıq. Bu memorandumu və götürülmüş öhdəlikləri qarşı tərəf pozub. Təbii ki, onlar vəziyyəti düzəltmək üçün kompensasiyaedici tədbirlər görməli və öz öhdəliklərinə qayıtmalıdırlar", — deyə Qəribabadi qeyd edib.
QAZİLER.AZ

