Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian yaxın gələcəkdə ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq barədə planlarını bəyan ediblər.
Qaziler.az erməni KİV-nə istinadən xəbər verir ki, görüş Türkmənistandakı "Avaza" Milli Turizm Zonasında MDB Dövlət Başçıları sammiti çərçivəsində keçirilib.
"Həmsöhbətlər yüksək səviyyəli intensiv ikitərəfli təmasları vurğulayıblar və onların Ermənistan-İran münasibətlərinin ardıcıl inkişafına və genişlənməsinə töhfə verdiyini qeyd ediblər. Tərəflər Ermənistan-İran münasibətlərinin yaxın gələcəkdə yeni səviyyəyə yüksələcəyinə əminliklərini ifadə ediblər və yaxın vaxtlarda planlaşdırılan yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini vurğulayıblar", - məlumatda bildirilib.
N.Paşinyan həmçinin Ermənistanda strateji layihələrin həyata keçirilməsində İran şirkətlərinin iştirakını qeyd edib.

