Zaxarovadan Mertsə sərt reaksiya: "Onlara müharibə lazımdır"

Zaxarovadan Mertsə sərt reaksiya: "Onlara müharibə lazımdır" backend

“Almaniyanın hazırkı hakimiyyəti müharibə istəyir və bunu heç gizlətmirlər də. Bu, daxili problemlərdən öz əhalisinin diqqətini birtəhər yayındırmaq və "özünü nüfuzdan salmış, müflisləşmiş hakimiyyətin ömrünü uzatmaq" üçün kansler Fridrix Mertsin rəhbərlik etdiyi Berlinə mütləq lazımdır”.

Qaziler.az “News.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

"Mertsin Kiyevə səfərini mən artıq şərh etmişəm, onun ritorikası — mənə elə gəlir ki, növbəti təsdiqdir: onlara müharibə lazımdır. O, Merts kimilər üçün sadəcə olaraq artan daxili problemlərdən öz əhalisinin diqqətini birtəhər yayındırmağın, özünü nüfuzdan salmış, müflisləşmiş hakimiyyətinin ömrünü uzatmağın yeganə yoludur", — deyə diplomat qeyd edib.

Zaxarovanın sözlərinə görə, Berlinin Ukrayna münaqişəsində iştirakı artıq hansısa siyasi xarakterli qiymətləndirmə məsələsi deyil, artıq baş tutmuş bir faktdır.

QAZİLER.AZ