Kiyev Bakının dəstəyini, xüsusilə də Ukraynanın enerji sisteminə ciddi ziyan vuran hücumlar fonunda yüksək qiymətləndirir.
"Report"un Sumqayıt bürosunun xəbərinə görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Ukraynaya növbəti humanitar yardım partiyasının yola salınması mərasimində jurnalistlərə bildirib.
"Biz Azərbaycanın dəstəyini çox yüksək qiymətləndiririk. Ölkəmizə edilən bu yardıma görə Prezident İlham Əliyevə, hökumətə və Azərbaycan xalqına minnətdarıq. Bunu heç vaxt unutmayacağıq və sizin qardaş dəstəyinizi həmişə xatırlayacağıq", - diplomat qeyd edib.

