İran nümayəndə heyəti ABŞ-dən qovulub?

İran nümayəndə heyəti ABŞ-dən qovulub? backend

İran öz nümayəndə heyətinin ABŞ-dən vaxtından əvvəl çıxarılması ilə bağlı yayılan məlumatları təkzib edib.

Qaziler.az "Azad İran" teleqram kanalına istinadla xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəliyinin açıqlamasına görə, nümayəndə heyəti əvvəlcədən razılaşdırılmış qrafikə uyğun olaraq sentyabrın 28-də Nyu-Yorku tərk edib. 

Bildirilib ki, nümayəndəlik bu barədə ABŞ Dövlət Departamentini hələ sentyabrın 17-də məlumatlandırıb. İran tərəfi heyətin vaxtından əvvəl ölkədən çıxarılması ilə bağlı xəbərləri “əsassız” adlandırıb.

Daha əvvəl “Associated Press” agentliyi ABŞ dövlət katibi Marko Rubionun İranın xarici işlər naziri Abbas Əraqçıya və onu müşayiət edən nümayəndə heyətinə Nyu-Yorku vaxtından əvvəl tərk etməyi tapşırdığını xəbər vermişdi.

QAZİLER.AZ