Rusiya səfiri Moldova XİN-ə çağırıldı

Rusiya səfiri Moldova XİN-ə çağırıldı backend

Moldova Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki səfiri Oleq Ozerovu nazirliyə çağıraraq, Moskvanın Dövlət Dumasına seçkilər üçün Dnestrin sol sahilində (Dnestryanı bölgədə) 17 seçki məntəqəsi açmaq niyyətinə görə ona etiraz notası təqdim edib.

Qaziler.az xəbər verir ki, bu barədə "Moldova 1" telekanalı məlumat yayıb.

Moldova diplomatik idarəsi vurğulayıb ki, Moldova ərazisində istənilən seçki prosesi konstitusion hakimiyyətin ilkin və birbaşa razılığını tələb edir. Nazirlik Rusiyanı Dnestryanı bölgədə seçki məntəqələri açmaqdan çəkinməyə çağırıb.

"NewsMaker" nəşrinin yazdığına görə, avqustun 28-də tanınmamış Dnestryanı Moldova Respublikasının (DMR) prezidenti Vadim Krasnoselski Rusiyanın Dövlət Dumasına seçkilər keçirmək üçün Dnestrin sol sahilində 17 seçki məntəqəsi açmaq niyyətində olduğunu bildirib. O qeyd edib ki, Dnestryanı bölgədə 220 min Rusiya vətəndaşı yaşayır.

Avqustun 29-da Moldova XİN bəyan edib ki, Rusiyanın Kişinyovdakı səfirliyi respublika hakimiyyəti ilə yalnız bir seçki məntəqəsinin — diplomatik nümayəndəliyin öz binasında açılmasını razılaşdırıb. Moldova nəşrinin yazdığına görə, qurum ölkə ərazisində daha 16 məntəqənin açılmasını "qəbuledilməz" hesab edib.

QAZİLER.AZ