Ceyhun Bayramov Moldovanın XİN rəhbəri ilə strateji tərəfdaşlığı müzakirə edib

Ceyhun Bayramov Moldovanın XİN rəhbəri ilə strateji tərəfdaşlığı müzakirə edib backend

Xarici işlər naziri Ceyhun Bayramov Moldovanın XİN rəhbəri ilə strateji tərəfdaşlığı müzakirə edib.

Bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd edilib.

Bildirilib ki, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mihai Popşoy ilə görüşüb.

"Nazirlər Azərbaycan–Moldova strateji tərəfdaşlığı gündəliyini nəzərdən keçirərək yüksəksəviyyəli siyasi dialoqun davam etdirilməsinin və BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər həmçinin daha geniş regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar", - deyə paylaşımda qeyd edilib.