Kremlin rəsmisi Dmitri Peskov jurnalistlərin Rusiya Prezidenti Vladimir Putinin bu ilin dekabrında Mayamidə keçiriləcək G20 ("Böyük İyirmilik") sammitində mümkün iştirakı ilə bağlı sualını cavablandırıb.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.
Rusiya liderinin mətbuat katibi: "Hələlik bu mövzuda daha əvvəl deyilənlərə əlavə edəcək bir şeyim yoxdur", — deyə Kreml rəsmisi bildirib.
Sentyabrın 24-də Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda bəyan edib ki, G20 sammitində Putin və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçiriləcək potensial üçtərəfli görüş Ukrayna münaqişəsinin nizamlanması səyləri kontekstində real nəticələrə gətirib çıxara bilər.
QAZİLER.AZ

