"ABŞ prezidenti dedi ki, biz terrorçuyuq, amma biz terrorun qurbanıyıq" - Pezeşkian

"ABŞ prezidenti dedi ki, biz terrorçuyuq, amma biz terrorun qurbanıyıq" - Pezeşkian backend

"Dünən ABŞ prezidenti dedi ki, biz terrorçuyuq, amma biz terrorun qurbanıyıq. Biz heç nə istəmirik, cavabımızı tapmışıq və bilirik ki, gücə ehtiyacımız var, çünki gücü olmayan milləti məhv edərlər". 

Qaziler.az xəbər verir ki, bu fikirləri İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı səsləndirib. O, İrana qarşı "terrorçu" ittihamlarını rədd edib.

"200 ildir ki, heç bir ölkəyə hücum etməmişik, həmişə özümüzü müdafiə etmişik, amma bu gün bizi terror amili adlandırırlar. Bu bizim strategiyamızın özümüzü müdafiə etmək üçün güc qazanmaq olmasına səbəb olub. 7 aydır İran xalqı gecə-gündüz küçələrdədir, xalq bizim gücümüzdür. İran o qədər güclü olmalıdır ki, onun mövcudluğunu təhdid edə bilməsinlər. 

İranın strateji doktrinası üç prinsipə əsaslanır: mövcudluq üçün qüdrət, hökmranlıq etmədən məsuliyyətlilik və ölkənin təhlükəsizliyini qonşuların sabitliyinə bağlamaq",- deyə İran prezidenti bəyan edib.

QAZİLER.AZ