Fransa Martin Ryanın əfv edilməsi qərarını alqışlayır.
Qaziler.az “apa.az”a istinadla xəbər verir ki, bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyindən bildirilib.
Fransa XİN bunu münasibətlərin normallaşması istiqamətində atılan addım kimi qiymətləndirib.
“Bu, Fransanın alqışladığı humanitar bir jestdir”, - qeyd olunub.
Qeyd edək ki, Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən Fransaya casusluqda ittiham olunan Martin Ryan əfv olunub.
Xatırladaq ki, Fransa Respublikasının vətəndaşı Ryan Martin Riçard Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il 16 mart tarixli hökmü ilə 10 il müddətinə məhkum edilib.

