Ermənistan kilsəsi ən böyük revanşist qüvvədir - Fərhad Məmmədov

Ermənistan kilsəsi ən böyük revanşist qüvvədir - Fərhad Məmmədov backend

Ermənistan kilsəsi Ermənistan cəmiyyətində ən böyük revanşist qüvvədir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədrinin müavini Fərhad Məmmədov “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, siyasi partiyaların hansısa ictimai-siyasi qurumların mövqeyini dəyişmək üçün hansısa bir siyasi konyunktur, təzyiq, təsir ola bilər.

“Amma Ermənistan cəmiyyətində revanşist hisslər və institusional olaraq onun dəstəklənməsi məhz bu instituta aiddir. Düşünürəm ki, bu istiqamətdə hüquqşünaslarımız, tarixçilərimiz əlimizi gücləndirməlidir. Təsadüfi deyil, tarixçimiz İsmayıl müəllimin böyük bir sözü var idi ki, ermənilərlə müzakirələrdə ermənilər hər şeyin onlara aid olmasını, biz isə bizə aid olmasını isbat etməyə çalışırıq. Çünki Azərbaycanın böyük tarixi, ermənilərin isə tarixçiləri var”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi tərəfindən “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda tədbir keçirilir.

Tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, Qafqaz Tarixi mərkəzinin direktoru, hərbi ekspert Rizvan Hüseynov, BMTMM-in İdarə Heyətinin sədrinin müavini Fərhad Məmmədov, tarixçilər, siyasi ekspertlər və media nümayəndələri iştirak edir.